Воскресенье, 05.05.2024, 13:42
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 7 » Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun dəfn olunmasının ildönümüdür
16:38
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun dəfn olunmasının ildönümüdür


Noyabrın 7-si Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun II Fəxri Xiyabanda dəfn olunmasının ildönümüdür.

AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları, "İrəli” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və QHT-lərin nümayəndələri II Fəxri Xiyabanda Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmişlər.
Gənclər Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarları üstünə gül dəstələri qoymuş, onların ruhuna dualar oxumuşlar.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd etmişdir ki, tədbir yeniyetmə və gənclərə milli vətənpərvərlik hisslərinin aşılanması və onların əsl vətəndaş ruhunda böyüməsi məqsədi ilə keçirilir. Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolu gənclərimiz üçün parlaq örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəman Mübariz İbrahimova öz layiqli qiymətini vermişdir.

Tədbirdə Mübariz İbrahimovun həyatı və şərəfli döyüş yolundan, onun qəhrəmanlıq salnaməsindən söz açılmışdır.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. O, 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirmiş və elə həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidməti Daxili Qoşunların "N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçmişdir. 2007-ci ildə çavuş rütbəsində həqiqi hərbi xidməti başa çatmışdır. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlamış, bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrin birində xidmətini davam etdirmişdir.

M.İbrahimov 2010-cu ilin iyunun 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçəsini yaralamış və şəhid olmuşdur. Ermənistan tərəfi onun meyitini qaytarmaqdan uzun müddət boyun qaçırmışdır. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra təcavüzkar tərəf gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil vermişdir.

M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və misilsiz rəşadətinə görə Milli Ordunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamlar imzalamışdır.
Biləsuvar rayonunda orta məktəbə və küçəyə, "Palmali” Şirkətlər Qrupuna məxsus tankerlərdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilmişdir.

Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən film çəkilmiş, tamaşa səhnələşdirilmiş, şeirlər yazılmışdır.

Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri və yaxınları da iştirak etmişlər.
Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930