Воскресенье, 28.04.2024, 07:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 11 » “Bu gün bazarda Lənkəran çayı adı ilə çoxlu saxta çaylar satılır”
15:18
“Bu gün bazarda Lənkəran çayı adı ilə çoxlu saxta çaylar satılır”

Media nümayəndəsi kimi ilk dəfə Lənkərana gələsən və çay haqqında yazmayasan, düzü, bunu özünə bağışlaya bilməzdim. Ayrıca çay haqqında yazmaq, çay kollarını görmək, onun yığım və emal prosesini birbaşa izləmək çoxdankı arzum idi. Ona görə də Lənkəranda ikən bu fürsəti əldən vermədim və yerli həmkarlarımızdan bu sahənin mütəxəssislərindən bir ilə məni görüşdürməsini xahiş etdim... Lənkəran deyəndən ilk ağıla gələn çay olduğu kimi, Lənkəranda, ümumiyyətlə Azərbaycanda bu sahənin mütəxəssisi deyəndə ilk olaraq Azərbaycan Çay Assosiasiyasının sədri Fərman Quliyev yada düşür. Ölkəmizdə çayçılıq üzrə yeganə professor olan Fərman Quliyev ömrünin 50 ilini bu sahəyə həsr edib və bir vaxtlar regionda salınan çay sovxozları bir alim kimi onun iştirakı ilə təşkil olunub. Hazırda Fərman müəllimin yolunu "Lənkəran Çay-5” ASC-nin İdarə Heyətinin sədri olan oğlu Rəşid Quliyev davam etdirir.  

 

- Lənkərana çay bitkisi 1896-cı ildə ilk dəfə rus mühacirləri tərəfindən gətirilərək əkilib becərilib. Sonra XX əsrin 30-cı illərinin sonlarından başlyaraq burada çay geniş əkilib. İlk dəfə keçmiş Kirov, indiki İstisu qəsbəsində çay fabriki olub. Amma bunun ən yüksək mərhələsi XX əsrin 70-80-ci illərindən başlayıb. Yəni burada ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə çayçılıq ən pik həddə çatıb. O vaxt 13 min hektara yaxın çay plantasiyası salınıb. Yəni çay plantasiyası salının rayonlar Lənkaran, Masallı, Astara, Lerik və bir də Zaqatala olub. Amma ən böyük çayçılıq təsərrüfatı Lənkəranda olub. Burada 7 min hektar çay sahəsi olub. Ümumən Azərbaycanda 13 çay fabriki fəaliyyət göstərib. O zaman Azərbaycan  35 min tona qədər çay tədarük edib. Yəni Azərbaycan çaya olan tələbatının 65 faizə yaxınını daxili istehsal hesabına təmin edib, qalnı isə xaricdən gətirlib.

 

- Bəs, siz nə vaxtdan bu təsərrüfata rəhbərlik edirsiniz?

- 2005-ci ildə mən "Lənkəran Çay-5” ASC-nin İdarə Heyətinin sədri seçilmişəm. Bu vaxta kimi biz 14 hektara qədər çay plantasiyası salmışıq. Təqribən bir hektara 22 min hesabı ilə götürsək bu 320 min çay kolu deməkdir. Keçən il 10 ton çay yığmışdıq. Bu illəri 20-25 min ton nəzərdə tutmuşuq. Gəlcəkdə illik  məhsuldarlığı 100 tona çatdırmağı planlaşdırırıq.

Bu illərdə biz həm də çayçılığın əsas təbliğatçısına çevirilmişik. Yəni bizdə emal sırf klassik texnologiya ilə edilir. Bu o deməkdir ki, burada qətiyyən heç bir kimyəvi boyalar, aromatdan istfadə olunmur. Bizim çay markalarımız Azərbaycanla yanaşı Avropada, MDB ölkələrində də tanınır. Ən məşhur çay markalarımız "Fərmançay”, "Hirkançay”, "Lənkərançay” və bir də "Lənkəran buketi”dir.

 

- Hansısa xarici ölkəyə ixrac olunur?

- Heç bir kənar ölkəyə ixrac olunmur. Gərək ölkədə çayın bolluğu olsun ki,   artığı xaricə göndərilsin. Azərbaycanın özünün çaya olan tələbatını əsasən idxal   hesabına   ödənilir.

 

- Regionda potensial ola-ola çayçılığın inkişafı niyə görə aşağı səviyyədədir?

-   Sovet dövründə çay təsərrüfatı mərkəzləşmiş qaydada həyata keçirilirdi. Bu gün dünyanın istənilən ölkəsində çayla məşğul olan xüsusi bir qurum var. Yəni çayçılığı  ictimai əsaslarla idarə etmək qeyri-mümkünür. Əgər bu bitki 5 ildə məhsul veririrsə, demək buna hələ 4 il qulluq etmək lazmdır. Bu gün bu işə üzünmüddətli kreditlər vermək lazımdır. Dünya təcrübəsinə əsaslansaq, hardasa bu sahəyə inverstsiya qoymaq üçün əlverişli mühit yaratmaq lazmıdır. Müəyyən dövlət yardımları olmaldır.  Cənab Prezidentin fərmanı ilə bölgədə turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Həmçinin müasir tələblərə cavab verən, hava limanı, dəmiryolu, avrtovağzal və s. var. Bu bölgəyə ağır sənaye obyektini gətirmək qeyri-mümkündür. Bölgənin yeganə inkişafı aqrar sektorla mümkündür. Aqrar sektorda isə əsas çay və sitrus bitkiçiliyidir. Çayçılığın inkişafının cənub regionu üçün həm sosial, həm ekoloji, həm də iqtisadi baxımdan böyük əhəmiyyəti var. Lənkəranın bendi çaydır, ləvəngidir. Bunlar bizim bölgənin rəmzləridir. Aqrar sektoun inkişafı üçün ilkin baza: emal müəssisələri, az-çox mütəxəssis və ən əsası da yararlı torpaq var.

Çay bitkisi kənd təsərrüfatı məhsualları içərisində ən yüksək rentabellidir. Bir hektarın rentabellyi 55 faizdir.   Bu sahənin inkişafına kompleks yanaşmaq lazımdır. Burada  torpaqda çalışan fermer üçün müəyyən imtiyazlar var. Dövlət onlara yancaqla bağlı, eləcə də aqroservis yolu ilə kömək edir, vergilərdən azadırlar. Amma istehsalla məşğul olan sahibkar üçün heç bir imtiyaz yoxdur. Çay bitkisi xammal halında heç nəyə yararlı deyil. Bu birbaşa istehsala getməlidir, sonra emal olunub satılmalıdır. Biz kiçik sahibkar kimi maliyyə fəaliyyətimizi araşdıranda görürük ki, bunun üçdə biri ancaq ödəmələrdir. Bizim bazarda yerli çayın ən ucuz qiyməti 15-20 manat civarındadır. Amma bu çayın özünün maya dəyəri 15-16 manatdır. Yəni ölkənin bazarı xaricdən gətirlilən nisbətən ucuz çayın hesabına təmin edilir. Baxmayaraq ki, bizim çayın keyfiyyət göstəriciləri gətirilmə çaylardan qat-qat yüksəkdir. Sadəcə olaraq bunun qiymətinin baha olması elə bil ki, bir zümrənin ala biləcəyi məhsula çevirilib.           

 

-Etiraf edək ki, biz çaydan səmərəli qaydada istifadə edə bilmirik?

- Bəli, tamamilə doğrudur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında çayçılıqla bağlı xüsusi bənd var. Təsəvvür edin ki, biz min hektar çay plantasiyası salmaqla 3 minə qədər insanı daimi işlə təmin edə bilərik. Əgər 10 min hektar salsaq, 30-35 min insanı işlə təmin etmək imkanı var. Yəni çayçılığın səmərəsi bundan ibarətdir. Özü də başqa sahələrdə istehsal olunan məhsul tələbatdan artıq olanda sahibkar məcburdur ki, bunu hansısa xarici bazar çıxarsın. Amma çayçılqda elədir ki, biz istəsək də daxli tələbatdan yüksək çay istehsal edə bilmərik. Başqa sözlə, nə istehsal edəcəyiksə,  keyfiyyətlidirsə daxili bazarda realizə olunacaq. Necə ki, bizim məhsullarımızı telefonla, xahişlə, minnətlə istəyirlər.  

 

- Amma əhali nədənsə gəlmə çaylara daha meyillidir, nəinki milli çayımıza?

- Bu gün bazarda Lənkəran çayı adı ilə çoxlu saxta çaylar satılır. Hazırda bütün dünyada geni modifkasiya olunmuş məhsullara qarşı mübarizə başlayıb. Yəni insanlar daha keyfiyyətli qidalara üstünlük verirlər. Xaricilər fikirləşir ki, onun 5 villası, maşını, milyardlarla pulu ola bilər. Əgər onun sağlamlığı yoxdursa, demək o var-dövlət də heç kimə lazım deyil. Bu gün bizim çayımız sadəcə olaraq elə bil insanların yadından çıxıb. Çay elə beynəlmiləl bitkidir ki, hansı millətin mətbəxinə daxil olursa, hamı nəsə ora özünkünü əlavə edir. Deyək ki, ruslara çay daxil olanda onlar samovarı icad etdilər. Təsəvvür edin ki, bu bitkinin vətəni Çindir, amma dünyada ən çox çay içən ingilislərdir.    

Çayımzın reklamı həddindən artıq zəifdir. Bizim dostlarımzıdan biri Lənkəran çayını Ukraynada laborator analizinə vermişdi. Oradan bizə məktubla yazmışdılar ki, o laboratoriyda son 15 ildə bu keyfiyyətli çay görməyiblər. Dünyanın çox ölkəsində nar bitir, amma ən keyfiyyətli nar Azərbaycan narıdır. Çaya da dövlət səviyyəsində, eləcə də mətbuat vasitəsilə bu diqqəti vermək lazmdır. Əlbəttə, bizim maliyyə imkanlarımız yüksək olsa gedib hansısa sərgilərdə öz malımız təbliğ edə bilərik. Mən milli çayımızı  həmişə Azərbaycan muğamı ilə müqayisə edirəm. Muğammız batan ərəfədə millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə bu sahənin profesionalları başladılar qiymət verməyə. Azərbaycan teleməkanında elə bir veriliş yoxdur ki, Muğam müsabiqəsi qədər auditoriyası olsun. Bütün dünyada baxırlar. Həmçinin Azərbaycan çayının da belə bir dəstəyə, qayğıya ehtyac var ki, bununla neftimizdən, qazımızdan, narımzıdan sonra dünya bazarına çıxaq. Çünki çay tükənməz bir nemətdir.

 

- Bizim çay keyfiyyət baxımından dünya standartlarına cavab verir?

- Nəinki cavab verir, ondan qat-qat yüksəkdir. Çünki bunun özünün məxsusi dadı, tamı var. Bir də bu çaylar yumşaq çaylardır. Məsələn, Keniya, Hindistan, Çin, Gürcüstan çayları nisbətən acı çaylardır və çox kəskin iyi var. Yəni onu bizim çaylar kimi içmək olmur. Ona görə onu çox vaxt nə iləsə qarşdırıb içirlər. Amma bizim çayı adi, heç bir əlavəsiz içmək olur.

 

- Çayın yığımı və emalı hansı şərtlərlə həyata keçirilir?

- Çayın özünün yığım mövsümü may ayından oktyabra qədərdir. Bizim   həm istehsal, həm də emal var. Son 20 ildə yeganə təsərrüfatıq ki, mövsüm ərzində biz 5 dəfə məhsul yığımışıq. Artıq ikinci yığımı etmişik, qarşıda da üçüncü yığım gözlənilir.

Bildiyimiz kimi çay uzunömürlü bitkidir. Təxminən 100 ilə qədər ömrü var. Amma bundan sonra da qulluq edilsə yendə 100 il ömrü olur. Yəni bir insan ömrü bəs etmir bunu görsün. Məsələn, Çində 5-6 əsrlik yaşı olan çay ağacları var. Bu uzunömürlü bitki il boyu aqro-texniki qulluq tələb edir. Bu qullq olmaldır ki, bol məhsul əldə edəsən. Amma bizim böyük çətinliklərmiz var; öz sahələrimizin 95 faizini əl əməyindən istifadə edirik. Burda bütün kultuvator tipli traktorlar, müasir tələblərə cavab verən suvarma sistemi lazımdır. Bunların heç bir yoxdur. Bütün bu işləri biz əllə edirik. Problemimiz bundadır.

Biz gələcəkdə inşəallah istəyirik ki, Fərman Quliyevin uzun illər apardığı elmi təcrübə əsasında yeni formada çay plantasiyaları salaq. Əvvəllər çay sahələrini  toxumla çoxaldırdıqsa, indi  məhsuldar kollardan tinglər götürüb, onu xüsusi qaydada becərib şitil halında çay plantasiyası salacağıq. Bunun da məhsuldarlığı mövcud çay plantasiyaları ilə müqayisədə iki dəfə artıqdır. Hazırda məhsuldarlıq təqribən 5-6 tondursa, bunda 12-13 ton civarında gözləniləcək. Bu da müəyyən qədər çayın maya dəyərinin aşağı düşməsinə kömək edəcək.

 

- Bəs, çayın qiyməti hansı keyfiyyətinə görə fərqlənir?

- Ən yüksək keyfiyyətli çay təsadüf edir iyul-avqust aylarına. Həmin dövrlərdə yığılan çaylar daha bahalı  olur. Məsələn, 100 manatlıq çay eyni koldan alınan çaydır. Bir də ki bahalı çaylar ümumi istehsalın 10 faizi qədərdir. Məsələn, eşitdiyimə görə, Çində elə çaylar var ki, 1 kiloqramı 2 min dollardır. Onun yaşı 5 əsr olan çay kolundan yığılır. Dünya bazarında 25-30 manatdan ucuz  keyfiyyətli çay yoxdur.  

 

- Təmiz çayı necə tanımaq olur?

- Çay qara rəngdə deyil. Çay tünd-qəhvəyi rəngdədir. Təbii çayı işığa tutduqda bu rəngi ayırmaq olur. Çünki bu yaşıldır, axı. Bu yaşıldan qaraya necə çevrilə bilər. Bir də təbii çayın özünəməxsus burulma qaydası və tamı var. Təbii çay elədir ki, öyrəşəndən sonra başqa çay içə bilmirsən. Azərbaycan çaylarının keyfiyyət göstəriciləri dünyada mövcud olan heç bir çaydan geri qalmır.  

F. Abıoğlu

Просмотров: 386 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031