Воскресенье, 28.04.2024, 06:52
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 6 » Bu gün Aşura günüdür
15:26
Bu gün Aşura günüdür

Bu gün bir sıra müsəlman dövlətlərində olduğu kimi Azərbaycanda da Aşura günü qeyd olunur.

1372 il əvvəl Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn Kərbəla yaxınlığında öz tərəfdarları ilə birgə şəhid olublar.

Onlar Yezid ibn Müaviyənin ordusu tərəfindən qətlə yetirilib. O vaxtdan indiyədək həmin gün, Məhərrəm ayının 10-u Aşura mərasimi qeyd olunur və 40 gün yas saxlanılır.

Aşura, Kərbəlada iki ziddiyyətli idialogiyanın qarşılaşdığı gündür. Bu gün haqqa əsaslanan, haqqı dəstəkləyən dəstə və batil, zülümkar dəstə arasında qanlı mübarizənin ən yüksək nöqtəyə çatdığı gündür.

Kəmiyyətcə haqq tərəfdarlarının say azlığına baxmayaraq, onlar mənəvi cəhətdən daha böyük əzəmət nümayiş etdirdilər. Ümumiyyətlə isə Kərbəla hadisəsində iki səhifə mövcuddur. Birinci səhifə zülmlə yazılan səhifədir ki, bu səhifəni Yezid ibn Ziyad, Ömər ibn Səəd, Şümr yazıb. İkincisi isə parlaq, nurlu səhifədir ki, bu səhifəni İmam Hüseyn (ə), Əli Əkbər, Qasim, Abbas və sairələri öz əqidələri ilə yazmışlar.

Bu gün biz Aşuranı dərk etməyə, onu təfəkkürmüzə bir məktəb kimi yerləşdirməyə çalışarkən burada təkcə zülmlə dolu səhifəni, buradakı amansızlıqları deyil, eyni halda nur və parlaq dolu qəhrəmanlıq səhifəsində, təbii ki, olduğu kimi öyrənməli və cəmiyyətə çatdırmalıyıq.

Bəzən zülm o qədər qabardılır ki, qəhrəmanlıq səhifəsi zülmün kölgəsində qalır. Ancaq bu gün cəmiyyətimizdə analoqu olmayan bu məzhəbin tətbiqində qəhrəmanlıq səhifəsi öyrənilməli və daimi həyatımızda nümunəyə çevrilməlidir. Hər bir sahəni əhatə edən və dünyada heç bir oxşarı olmayan bu məktəb hər zaman araşdırılmağa ehtiyac duyur.

Həmin hadisədən 1300 ildən artıq vaxt keçməsinə baxmayaraq, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedib, Allaha naminə nəzir verir və ehsan paylayır.

Bu gün də İmam Hüseyn və onun tərəfdarları olan 71 müsəlman Azərbaycanın bütün məscidlərində anılır və bununla bağlı mərasimlər keçirilir.

Bundan başqa, hər il olduğu kimi bu ildə respublikanın bir çox bölgələrində xeyriyyə məqsədi olaraq qanvermə aksiyaları da keçirilir. Hazırda Bakı şəhərində "Təzəpir”, "Hacı Soltanəli”, "Bibiheybət”, İçərişəhər "Cümə”, "Qaraçuxur”, "Mirmövsüm ağa”, "Keşlə qəsəbə” məscidlərində qanvermə aksiyaları keçirilir. Həmçinin Sumqayıt şəhərində "Cümə” məscidi, Gəncə şəhər "İmamzadə” məscidi, Mingəçevir şəhər "Heydər” məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər "Böyük Bazar” məscidi, Bərdə şəhər "Cümə” məscidlərində də bu aksiyaya start verilib.
Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031