Пятница, 29.03.2024, 09:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Август » 30 » Böyük Vətən müharibəsinin veteranı Ağadadaş Səmədov dünyasını dəyişib
12:09
Böyük Vətən müharibəsinin veteranı Ağadadaş Səmədov dünyasını dəyişib

Lənkəran. Ağəddin Babayev – APA. Böyük Vətən müharibəsinin veteranı, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü Ağadadaş Əbülqasım oğlu Səmədov 92 yaşında yaşadığı Lənkəran rayonunun Vilvan kəndində vəfat edib.  APA-nın cənub bürosunun məlumatına görə, mərhum kənd qəbirstanlığında ehtiramla dəfn olunub.

Qeyd edək ki, A.Səmədov 1924-cü ilin mart ayının 10-da  anadan olub. O, 1942-ci ildə Lənkəran subtropik bitkiçilik texnikumunu bitirib. Elə həmin ilin oktyabırın 26-da müharibəyə yollanan A.Səmədov 77-ci Azərbaycan diviziyasının 105-ci taborunun tərkibində Mazdokdan Berlinə qədər döyüş yolu keçib. O, müharibədə böyük şücaət göstərib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Qəhərmanlığına görə 2 dəfə 3-cü və 2-ci dərəcəli Şöhrət ordenləri ilə təltif olunub. Lakin onun bu mükafatlandırma haqqında dəqiq məlumatı olmayıb. 1945-ci ilin dekabrında doğma kəndinə qayıdıb və 1980-cı ildə təqaüdə çıxana kimi aqronom vəzifəsində çalışıb. 2008-ci ilin iyulunda Rusiya prezidenti D.Medvedyev Azərbaycana rəsmi səfəri zamanı II və III dərəcəli "Şöhrət" ordenini A.Səmədova şəxsən təqdim edib. Bu mükafat veterana hələ müharibə vaxtı verilib. Lakin o, həlak olmuş sayıldığından ordeni ala bilməyib.

Ağadadaş Səmədov Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən 2009-cu ildə faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə Moskvada keçirilən yubiley tədbirində iştirak etmək üçün dəvət olunan yeganə Azərbaycan vətəndaşıdır.

II və III dərəcəli "Şöhrət" ordenlərindən başqa, A.Səmədov I dərəcəli Vətən Müharibəsi ordeni, 10-dan çox medal və fəxri nişanlarla təltif edilib.

13 oğul və qız atası, 100-dən çox nəvə-nəticə sahibi olub.

Allah rəhmət eləsin.

Просмотров: 831 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031