Вторник, 07.05.2024, 17:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 3 » Bobogil türbəsi
13:31
Bobogil türbəsi



Bobogil türbəsi Lerikin ən tanınmış ziyarətgahıdır. Lerik rayon mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayevin bildirdiyinə görə, Lerikin 16, Lənkəran-Lerik şose yolunun 40 km-də yol üstündə olan bu türbə zəmanəsinin böyük alimi  Nizaməddin Əmir Şahsevər Gilani Kəskərinin adı ilə bağlıdır.   


Kəndin qocaman sakinləri deyir ki, alimin həyat və fəaliyyəti dövrü XI əsrə aid edilir. Pirin olduğu ərazidə XV əsrə aid qəbiristanlıq var.

Bir ehtimala görə, türbədə dəfn edilən şəxs VII imam Museyi Kazımın nəvəsidir. O, İranın Gilan vilayətindəndir. Şah tərəfindən oradan qovulduqdan sonra buraya yerləşib və ölüncə də eyni yerdə dəfn edilib.

Bobogil toponiminin mənası "Gilanlı Baba” kimi izah edilir. Kəndin əvvəlki adı "Osonkəron” olub. Mənası "dəmirçi evləri”dir. Çünki bu kənd sakinlərinin əsas məşğuliyyəti dəmirçilik olub.  
 
Orta əsrlərin yadigarı olan bu müqəddəs məkan xeyriyyəçi İslam Hacı Sadıq oğlu Kərimovun təşəbbüsü ilə inşaatçı Hacı Ağamirzə Hacı Ataxan oğlu tərəfindən 1998-1999-cu illərdə bərpa  edilərək türbə kimi tikilib.

Onun sayəsində pir əsaslı təmir olundu, dəstəmazxana, ziyarətçilər üçün istirahət yeri, qurban kəsimi üçün yer düzəldildi, işıqlandırma sistemi quraşdırıldı, bulaqlardan su xətti çəkildi.  

Bobogil pirinə ilin istənilən fəslində ziyarətçilər gəlir. Dini bayramlarda, xüsusilə Məhərrəm ayında, Aşura günlərində və Qurban bayramında qurbanlıqlar kəsilir.

Yerli sakinlərin söylədiyinə görə, ürəyində niyyət edib qurbanlıq kəsənlərin, Bobogil türbəsində Allaha dua edənlərin bütün istəkləri yerinə yetir.

Просмотров: 323 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031