Пятница, 26.04.2024, 20:54
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Декабрь » 20 » Biləsuvarda “Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrası yekunlaşıb
20:10
Biləsuvarda “Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrası yekunlaşıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olmuş “Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrası yekunlaşıb. Layihə rəhbəri Yeganə Hüseynzadənin APA-nın cənub bürosuna verdiyi məlumata görə, layihə çərçivəsində ilkin olaraq Biləsuvar rayonunun aktiv gənclərindən ibarət könüllülər qrupu formalaşdırılıb.  ?Həmçinin layihənin ikinci mərhələsində müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblilərindən və digər gənc xanımlardan onların əl işlərinin qəbulu aparılıb. Eyni zamanda qəbul zamanı dəvət olunmuş ekspertlər və qonaqlar müsabiqəyə qatılmış gənc xanımlarla söhbət apararaq onlara öz tövsiyələrini veriblər.

Y.Hüseynzadə bildirib ki, layihənin həyata keçirilməsində Biləsuvar Rayon Gənclər və İdman İdarəsi də onlara yaxından köməklik edib. Məhz layihənin növbəti mərhələsində münsiflər heyətinin köməyi və Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin dəstəyilə 5 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunub. Sonda ən maraqlı işlər mükafatlandırılıb. Müsabiqə qalibləri ilə yanaşı, layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə də bir neçə nominasiya üzrə mükafat və diplomlar təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi ümumtəhsil məktəblərdəki yuxarı sinif qız şagirdlərin və rayonda yaşayan gənc xanımların ictimai-sosial həyatda aktiv, yaradıcı gənc kimi formalaşmasına yardımçı olmaq, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarət olub.

Прикрепления: Картинка 1
Просмотров: 225 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2016  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031