Понедельник, 29.04.2024, 04:08
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 2 » Biləsuvarda yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb
15:53
Biləsuvarda yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb


Azərbaycanın Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 1-də saat 14.00 radələrində rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.   Cəlilabad rayon sakini Rauf Şirinovun idarə etdiyi "KamAZ" markalı yük maşını Neftçala rayon sakini Cavid Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2107”-nin sürücüsü və onun yanında olan atası Firdovsi Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq F.Məmmədov xəstəxanada dünyasını dəyişib. C.Məmmədovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
Просмотров: 245 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031