Среда, 01.05.2024, 01:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 4 » Biləsuvarda yol qəzasında bir nəfər ölüb
20:09
Biləsuvarda yol qəzasında bir nəfər ölüb
 
Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 3-dən 4-nə keçən gecə Ələt-Astara avtomagistralının 104-cü kilometrliyində, yolun rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Biləsuvar rayon sakini Mahir Nəhmədovun idarə etdiyi "Volkswagen" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZel" markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən yolun kənarına yuvarlanan "Volkswagen" deformasiyaya uğrayaraq yararsız hala düşüb. Avtomobilin sürücüsü Mahir Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

Просмотров: 217 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031