Суббота, 27.04.2024, 09:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 1 » Biləsuvarda ticarət mərkəzində güclü yanğın baş verib
19:20
Biləsuvarda ticarət mərkəzində güclü yanğın baş verib



Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar şəhərində güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 22.00 radələrində şəhərin Heydər Əliyev prospektindəki ticarət mərkəzində baş verib.

 

Məlumata görə, yanğın fərdi sahibkar, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1976-cı il təvəllüdlü Namiq Ağasən oğlu Mirzəzadəyə məxsus ikimərtəbəli ticarət mərkəzində qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə Biləsuvar YMH-nin texnikası və canlı qüvvəsi gəlib. Yanğın lokallaşdırılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, ticarət mərkəzinə böyük ziyan dəyib. Belə ki, ikimərtəbəli, 720 kv. metrlik obyektin birinci mərtəbəsinin lambirindən ibarət tavanı və içərisindəki məişət malları 334 kv.m sahədə tamamilə yanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 238 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031