Вторник, 07.05.2024, 00:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 7 » Biləsuvarda sərhədçi zabit və gizirlər üçün inşa edilən binanın açılışı olub
08:35
Biləsuvarda sərhədçi zabit və gizirlər üçün inşa edilən binanın açılışı olub

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində zabit və gizir ailələri üçün inşa edilən binanın açılışı olub. APA-nın xəbərinə görə, açılış mərasimində DSX rəisi, general-leytenant Elçin Quliyev də iştirak edib. DSX rəisi bina və yaradılan şəraitlə tanış olub, şəraiti yüksək qiymətləndirib.


Qeyd olunub ki, 24 mənzildən ibarət 4 mərtəbəli binada hər cür müasir şərait yaradılıb.

E. Quliyev jurnalistlərə açıqlamasında bu il ərzində DSX-də 50-dək belə binanın açılışının olacağını deyib. Onun sözlərinə görə, bu il ərzində, həmçinin onlarla sərhəd zastayası, komendantlıq, bazaların da açılışı olacaq: "Dövlətin iqtisadi qüdrəti artdıqca, sərhəd mühafizəsinin inkişafına da imkan yaranır və bu proses davam edəcək”.

Zabit və gizir ailələri onlara yaradılan şəraitə görə, DSX rəisinə, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Просмотров: 293 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031