Понедельник, 06.05.2024, 03:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 26 » Biləsuvarda minik maşını ilə toqquşan avtobus aşıb
21:43
Biləsuvarda minik maşını ilə toqquşan avtobus aşıb


Biləsuvar. Ağəddin Babayev – APA. Bu gün saat 17:30 radələrində Biləsuvar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
  

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistralının 11-ci km-də, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Mirbaba Abdullayevin idarə etdiyi Bakı-Lənkəran marşrutu üzrə işləyən "Penza” markalı avtobus Astara istiqamətində hərəkətdə olarkən "Oka” markalı avtomobillə toqquşub. Nəticədə içərisində ikisi azyaşlı olmaqla 30 sərnişin olan avtobus çevrilib. Onlardan 12 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Просмотров: 212 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930