Пятница, 29.03.2024, 18:09
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 23 » Biləsuvarda məskunlaşmış məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib
14:50
Biləsuvarda məskunlaşmış məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib

Biləsuvar. Ağəddin Babayev - APA.İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu yanvarın 23-də  Biləsuvarda Cəbrayıl rayonundan olan  məcburi köçkünlərin  müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə dövlətin güzəştli kreditlərinin  alınması məsələlərinə dair  cari ilin ilk  işgüzar  forumunu  keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr, o cümlədən cins heyvandarlıq, çörək və şirniyyat, tikiş və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Çıxışlarda bu investisiya layihələrinin  ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istək və arzularına uyğun olaraq  istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına  dəstək göstəriləcəyi bildirilib.

İşgüzar forum çərçivəsində Cəbrayıl rayonundan olan 13 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 115 min manat güzəştli kredit verilib.

Qeyd edək ki, 4 saylı qəsəbədə dövlət tərəfindən  ayrılmış güzəştli kredit hesabına süd emalı sexinin  tikintisinə başlanılıb.

Просмотров: 282 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031