Пятница, 03.05.2024, 10:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Август » 14 » Biləsuvarda fərdi evdə yanğın olub
22:26
Biləsuvarda fərdi evdə yanğın olub


Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 14-də saat 15.30 radələrində rayonun Xırmandalı kənd sakini, 1957-ci il təvəllüdlü Eyvaz Abış oğlu Orucova məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb.

 

Yanğın zamanı ümumi sahəsi 195 kv.m olan birmərtəbəli  4 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə və evə bitişik yığılmış 2 ton ot bağlamasının 1 tonu yanaraq yarasız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031