Понедельник, 06.05.2024, 19:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 25 » Biləsuvarda avtomobil dərəyə aşıb, ikisi İran vətəndaşı olmaqla dörd nəfər xəsarət alıb
13:28
Biləsuvarda avtomobil dərəyə aşıb, ikisi İran vətəndaşı olmaqla dörd nəfər xəsarət alıb


Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 

Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə oktyabrın 24-də saat 19.30 radələrində Ələt-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elşad Xıdır oğlu Şahgəldiyevin idarə etdiyi "Opel Vektra” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. 

Sürücü və avtomobildəki sərnişinlər – sürücünün həyat yoldaşı, 1958-ci il təvəllüdlü Fatma Şahgəldiyeva və iki İran vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
 

Просмотров: 220 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031