Воскресенье, 05.05.2024, 14:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 5 » Biləsuvarda 5 otaqlı evdə yanğın olub
20:30
Biləsuvarda 5 otaqlı evdə yanğın olub



Biləsuvar. Ağəddin Babayev - APA. Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 5-də saat 10.00 radələrində Biləsuvar şəhər sakini, 1971-ci il təvəllüdlü Şölə Əmənulla qızı Həsənovaya  məxsus bir mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, 120 kvadratmetrlik evin bir otağı 30 kvadratmetrlik sahədə içindəki məişət əşyaları ilə birlikdə, həmçinin dam örtüyü 10 kvadratmetr sahədə yanaraq yararsız vəziyyətə düşüb.

 

İlkin versiya kimi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

Faktla bağlı araşdırma aparılır.


Просмотров: 223 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728