Суббота, 27.04.2024, 16:47
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 11 » Biləsuvar və Lənkəranın su təchizatı yenidən qurulur
15:15
Biləsuvar və Lənkəranın su təchizatı yenidən qurulur

Biləsuvar və Lənkəran şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilib. Bu barədə, "Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib. Mərasimdə iştirak edən ASC-nin sədri Qorxmaz Hüseynov aparılan yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlər 2013-cü ildə başa çatdırılacaq, bununla da istehlakçılar dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaq.
Q.Hüseynov qeyd edib ki, "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 23 min nəfər üçün hesablanıb: "Layihəyə uyğun olaraq şəhərin su təchizatı Kür çayından aparılacaq. Əhalinin dayanıqlı içməli su təminatı məqsədilə 7500 kubmetr həcmində su anbarı və nasos stansiyası tikiləcək. Şəhərdə ümumi uzunluğu 120 kilometrə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi və 82 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kanalizasiya nasos stansiyası inşa olunacaq. Yaranacaq çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kubmetr olacaq qurğuda təmizlənəcək”. Qurumun sədri layihə üzrə tikinti işlərinin 20 ay ərzində başa çatdırılacağını diqqətə çatdırıb.

 

Su təmizlənsə də, təbii

mineral tərkibini qoruyur

 

"Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin isə, əhali artımının 2035-ci ilə qədərki inkişafı nəzərə alınmaqla 61 min nəfər üçün hesablandığını deyən Q.Hüseynov əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğunun inşa olunacağını bildirib. ASC sədri dünya praktikasını misal çəkərək deyib ki, dünyada az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna bilən ultrasüzgəcli qurğulardan istifadə olunur: "Ənənəvi qum filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük  hissəcikləri, suda olan bütün zərərli mikrobları və bakteriyaları tutaraq saxlayır. Bununla da suyun təbii mineral tərkibi saxlanmaqla, onun daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır”. Mənbə kimi Xanbulan dəryaçasından istifadə ediləcəyini deyən sədr  bildirib ki, burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir.

Q.Hüseynov vurğulayıb ki, layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün həcmi 15 min kubmetr olacaq su anbarı, nasos stansiaysı, ümumi uzunluğu 200 kilometrə yaxın olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Onun sözlərinə görə, şəhərdə yaranacaq çirkab suların toplanması üçün 180 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 8 ədəd kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır ki, bu da yaranacaq çirkab suların toplanaraq, məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürülməsinə və burada təmizlənməsinə şərait yaradacaq.

Layihə üzrə tikinti işlərinin 22 ay ərzində başa çatdırılacağını deyən Q.Hüseynov diqqətə çatdırıb ki, layihə çərçivəsində Xanbulandan Lənkərana qədər magistral kəmərin keçəcəyi ərazidə yerləşən Xanbulan, Bürcəli, Gərmətük, Sütəmurdov, Aşağı Nüvədi, Şilavar, Digah kəndləri də içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından ayrılan Əzizbəyov adına kanaldan təmin olunur. Hazırda şəhərin su şəbəkəsinin uzunluğu 52 kilometrdir, kanalizasiya şəbəkəsi isə yoxdur. "Azərsu” ASC şəhər əhalisinin 60 faizinə xidmət göstərir, qalan əhali isə suyu fərdi qaydada kanallardan götürür.

Lənkəran şəhəri isə içməli su ilə Xanbulan dəryaçasından təmin olunur. Şəhərin su şəbəkəsinin uzunluğu 92 kilometr, kanalizasiya şəbəkəsininsə 28 kilometrdir. ASC şəhər əhalisinin cəmi 11 faizinə xidmət göstərir. Bunlar da əsasən bina evlərində yaşayanlardır. Əhalinin qalan 89 faizi isə suyu fərdi qaydada quyulardan götürür.

Asif CƏLALOĞLU

Просмотров: 231 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031