Понедельник, 29.04.2024, 08:03
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 23 » Biləsuvar şəhərinin yeni yaşayış massivinə təbii qaz verilib
19:05
Biləsuvar şəhərinin yeni yaşayış massivinə təbii qaz verilib



Biləsuvar. Ağəddin Babayev – APA. Bu gün Biləsuvar şəhərindəki yeni yaşayış massivinə ilk dəfə olaraq təbii qaz verilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədov, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Biləsuvar Rayon İcra Hakimiyyətinin  başçısı Mahir Quliyev, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə səslənən çıxışlarda bildirilib ki, 600 abonenti olan yaşayış massivinin qazlaşdırılması üçün ümumi uzunluğu 11000 metr olan qaz xətti çəkilib, 600 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yaşayış massivinin sakinləri onların mənzillərinin "mavi alov”la təchiz olunmasına görə ölkə rəhbərliyinə minnətdarlığını çatdırıblar.

Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930