Главная » 2012 » Март » 7 » Biləsuvar rayon Peşə Liseyinin direktoru korrupsiya faktına görə həbs edilib
19:12 Biləsuvar rayon Peşə Liseyinin direktoru korrupsiya faktına görə həbs edilib |
Biləsuvar rayon Peşə Liseyinin direktoru korrupsiya faktı ilə bağlı həbs edilib. Bu barədə APA-ya Baş
Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Onun sözlərinə görə, Biləsuvar rayon sakini Xudiyeva Əsli Savalan
qızının Təhsil Nazirliyinin Biləsuvar Peşə Liseyində təhsil alan
tələbələrə dövlət tərəfindən ayrılmış təqaüdlərin liseyin direktoru
Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə idarəsinin "161- Qaynar xətt” əlaqə
mərkəzinə daxil olan müraciəti araşdırılıb.
Müəyyən edilib ki, liseyin direktoru Teymur Poladov vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək 2010-cu ilin sentyabrında liseydə
təhsil alan 335 tələbəyə hər ay dövlət tərəfindən verilməsi nəzərdə
tutulan təqaüdü, tələbələrin adlarına rəsmiləşdirib qanunsuz olaraq
özündə saxladığı bank kartlarından istifadə etməklə külli miqdarda özgə
əmlakını mənimsəmə yolu ilə talayıb. Peşə liseyinin inzibati binasında
həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur
Poladovun gödəkcəsinin cibindən tələbələrə məxsus 10 ədəd "VİSA”
elektron plastik kartları və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb
edən bir sıra sənədlər aşkar edilərək götürülüb.
Bundan başqa, Teymur Poladovun qardaşı Seymur Poladovun Bakı şəhərində
yaşadığı mənzilindən liseyin tələbələrinə məxsus 325 ədəd "VİSA”
elektron plastik kartları aşkar edilərək götürülüb.
Fakta görə, Teymur Poladov barəsində Cinayət Məcəlləsinin 179.3.2
(mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb və
təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə
ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb
edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
|
Просмотров: 309 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|