Понедельник, 06.05.2024, 05:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 13 » Biləsuvar peşə liseyinin direktoru barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib
19:28
Biləsuvar peşə liseyinin direktoru barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib

 

Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdün liseyin direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Biləsuvar rayon sakininin müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə, İstintaqla müəyyən edildiyi kimi T.Poladov 2010-cu ilin aprel-sentyabr aylarında liseydə təhsil alan 333 şagirdə dövlət tərəfindən müəyyən olunmuş ümumilikdə 90 min 637 manat məbləğində təqaüdü özündə saxladığı bank kartları vasitəsi ilə çıxararaq talayıb.

İstintaqla həmçinin müəyyən edilib ki, liseyin baş mühasibi Almaz Həşimov T.Poladovun qanunsuz göstərişi əsasında plastik bank kartlarının paylanmasını rəsmiləşdirmək üçün şagirdlərə kartlarını guya almalarına dair sənədlərə imza etdirməklə sonuncunun külli miqdarda pul vəsaitini mənimsəməsinə şərait yaradıb.

T.Poladov və A.Həşimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Просмотров: 220 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930