Пятница, 19.04.2024, 17:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 6 » Biləsuvar Lisey-Məktəb Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub
16:24
Biləsuvar Lisey-Məktəb Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub

Fevralın 6-da Biləsuvar şəhərindəki Mübariz İbrahimovun adını daşıyan Lisey-Məktəb Kompleksində Milli Qəhrəmanın doğum günü qeyd olunub. Məktəb Kompleksin Beynəlxalq Əlaqələr və Sosial Proqramlar Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əminə Dəmirovanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, məktəbin müəllim və şagirdlərinin,  rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri  tədbirin birinci hissəsi Liseyin 7-ci sinif şagirdlərinin andiçmə mərasimi ilə başlayıb. Şagirdlər Milli Qəhrəmanın heykəli önündə düzülərək Mibariz İbrahimov kimi vətənpərvər olacaqlarına, təhsildə, ictimai həyatda daim uğurlar qazanacaqlarına and içiblər.

Tədbirin ikinci hissəsi isə Milli Qəhrəmana dərs demiş Liseyin fizika müəllimi Siyasət İsayevin və riyaziyyat müəllimi İlqar İsayevin sevimli şagirdləri barədə xatirələri ilə davam edib.  Daha sonra lisey şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq, vətənpərvərlik duyğularını tərənnüm edən şeir və nəğmələr səsləndirilib.

Просмотров: 269 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728