Суббота, 04.05.2024, 22:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 7 » Beynəlxalq qadınlar günü Masallıda qeyd olunub
20:51
Beynəlxalq qadınlar günü Masallıda qeyd olunub



           Bu gün Masallı Rayon İcra Hakimiyyətinin (RİH) iclas zalında 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Masallı RİH-nin başçısı Qəzənfər Ağayev iştirakçıları bayram münasibəti ilə təbrik edib. Natiq Azərbaycan qadınlarının kişilərlə  çiyin-çiyinə ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışaraq, Böyük Vətən müharibəsi illərində, Qarabağ döyüşlərinin ən ön səngərlərində onların böyük qəhrəmanlıq və fədakarlıq göstərdiyini qeyd edib. 1995-ci ildə isə Azərbaycanın da qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulduğundan bəhs edən icra başçısı qadınlarımızın ən yüksək dövlət vəzifələrində çalışdığını bildirib.

            Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə nümayəndəsi Naibə Aslanova, veteran müəllim Ruqiyyə Məmmədova, "Halay” mahnı və folklor ansamblının üzvü Arzu Quliyeva, YAP rayon təşkilatının sədr müavini Aygün Quliyeva və başqaları da çıxışlarında respublikamızda və eləcə də Masallı rayonunda qadınların yaşayış və əmək fəaliyyəti üçün yaradılan şəraitə görə ölkə prezidentinə minnətdarlıqlarını çatdırıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Masallı RİH-nin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

 

Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031