Понедельник, 29.04.2024, 03:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 6 » Berti Foqts: ""Xəzər Lənkəran" yalnız ilk 60 dəqiqədə yaxşı oynadı"
19:56
Berti Foqts: ""Xəzər Lənkəran" yalnız ilk 60 dəqiqədə yaxşı oynadı"


Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi 
Berti Foqts ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Xəzər Lənkəran”la Estoniya "Nomme Kalju”su arasındakı ilk oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.  
 
- Öncə oyun haqda fikirlərinizi bilmək maraqlı olardı...

- İlk 60 dəqiqədə lənkəranlılar çox yaxşı oyun sərgilədilər. Son yarım saatda isə görünürdü ki, komandada güc qalmayıb. Təəssüf ki, məhz fiziki gücünün qalmaması komandanın oyunda son nöqtəni qoymasına imkan vermədi. Bu, komandanı sındırdı.
 
- Deməli, "Xəzər Lənkəran” sizin xoşunuza gəldi?

- Futbol 90 dəqiqədən ibarət olan oyundu. Mən hər şeyi yalnız ilk 60 dəqiqəyə görə şərh edə bilmərəm.

- "Xəzər Lənkəran” pley-off oyunlarında ən uğursuz ev hesabına nail oldu – 2:2. Bəs komanda səfərdə nəyə ümid edə bilər?

- Əgər komanda bütün 90 dəqiqə ərzində öz sabit oyununu sərgiləyə bilsə, şansı var. "Xəzər Lənkəran” bu rəqibini keçə bilər.

- Yığmada hansısa dəyişiklik etmək planlarınız var? Məsələn, yeni toplanış planlaşdırılmır?

- DÇ-2014-ün startına kimi toplanışımız olmayacaq. Baxmayaraq ki, mən daha bir hazırlıq prosesi olmasını istəyirdim. Amma çempionata görə bu, mümkünsüzdü. Avqustda Bəhreynlə yoxlama oyunumuz olacaq. Sentyabrda isə İsraillə ilk seçmə mərhələ oyunumuza çıxacağıq.

- Millinin əsas oyunçularından olan Mahir Şükürov hələ də özünə yeni klub tapmayıb. Bu, seçmə mərhələ öncəsi sizi narahat etmir?

- Onun klubsuz qalması mənim qətiyyən xoşuma gəlmir. Mahirlə bu barədə söhbət etmişəm. O, artıq ay yarımdı məşq etmir. Mən ona ancaq özünə tezliklə yeni klub tapmağı məsləhət görə bilərəm. Əks halda o, yığmada olmayacaq. Mən onu elə-belə yığmaya çağırmayacağam.

- Siz adətən toplanışlarla bağlı yaranan problemlərə görə PFL-dən şikayətlənirdiniz. Bu qurumun prezidenti postuna yenidən Ramin Musayevin seçilməsi ilə bağlı nə deyə bilərsiz?

- Mənə sadəcə, onu təbrik etmək növbəti dörd ildə uğurlar arzulamaq qalır.


Просмотров: 199 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031