Вторник, 23.04.2024, 23:43
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 16 » Belarus prezidenti Masallıdan olan müharibə veteranını təbrik edib
18:36
Belarus prezidenti Masallıdan olan müharibə veteranını təbrik edib

Masallı. Ağəddin Babayev –APA. Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın alman-faşist işğalından azad olunmasının 70 illiyi münasibətilə Masallıdan olan keçmiş döyüşçü, II Dünya müharibəsinin veteranı Atabala Hacıyevə təbrik məktubu göndərib.

Masallı Rayon İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, A. Hacıyev 1924-ci ildə rayonun Binə Xocavar kəndində anadan olub.

II Dünya müharibəsində Taqanroqdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Belarus, Polşa, Moldova, Berlin və Reyxstaqın alınmasında yaxından iştirak edən keçmiş rabitəçi döyüşdə göstərdiyi igidliyə və şücaətə görə müxtəlif orden və medallarla təltif olunub.

Belarus prezidentinin soydaşımıza ünvanladığı təbrik məktubunda deyilir: “Hörmətli Atabala Həzi oğlu Hacıyev! Belarus Respublikasının alman-faşist işğalından azad olunmasının 70 illiyi və Belarus Respublikasının Müstəqillik Günü (Respublıka Günü) münasibətilə səmimi təbrikimi qəbul edin. Böyük Vətən Müharibəsi belarus xalqının tarixi yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunub. 70 il tarixi baxımdan bir andır, lakin insanlıq baxımından bütöv bir həyatdır. Ötən illərdə müharibə dəhşətlərini görməyən belarusların neçə nəsli doğulub və böyüyüb. Bu böyük xoşbəxtlik üçün biz Sizə, o vaxt Vətənimizin müstəqilliyini qoruyan hər kəsə borcluyuq”.

“Təsadüfi deyil ki, faşist işğalından azad olunduğumuz böyük gün suveren Belarusda əsas milli bayrama – Müstəqillik Gününə çevrilib. Qələbədə və ölkənin müharibədən sonrakı dirçəlişində göstərdiyiniz şücaətə görə Sizin qarşınızda baş əyir və səmimi təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, tükənməz enerji, ruh yüksəkliyi, rifah halı və uzun ömür arzu edirəm!”.

Просмотров: 347 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728