Главная » 2011 » Декабрь » 6 » Azərbaycanın məşhur aşpazı vəfat edib
15:29 Azərbaycanın məşhur aşpazı vəfat edib |
Azərbaycan milli mətbəxinin
tanınmış simalarından olan Şahhüseyn Qulu oğlu Kərimov dekabrın 4-də 64
yaşında Bakı şəhərində dünyasını dəyişib. Mərhumun ailəsindən APA-nın
Cənub bürosuna verilən məlumata görə, Ş. Kərimov bir neçə ay əvvəl
boğazından əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq onun
həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Şahhüseyn Kərimov 1947-ci ildə Lənkəran şəhərində anadan
olub. Atası Qulu kişi o vaxtlar bölgənin tanınmış aşpazlarından sayılıb
və bu sənətin sirlərini Şahhüseynə öyrədən də məhz o, olub. Orta məktəbi
bitirdikdən sonra Ş. Kərimov Bakı Kooperativ Texnikumunda təhsil alıb.
Burada aşpaz ixtisasına yiyələnən Şahhüseyn bir müddət Lənkərandakı
"Sahil” və "Lənkəran” restoranlarında, daha sonra isə "Dostluq”
kafesində baş aşpaz kimi çalışıb. Şahhüseyn Kərimov saysız-hesabsız
unikal xörək növlərinin müəllifidir. O, talış mətbəxinin tanınması üçün
böyük əmək sərf edib. "Azərbaycanın ticarət əlaçısı” adına layiq görülən
Ş. Kərimov milli mətbəximizi dünyanın 100-dən çox ölkəsində keçirilən
festivallarda təbliğ edib, çoxlu Qran-pri, diplom və fəxri fərman alıb.
O, 200-dən çox şagird yetişdirib və onun yetirmələri hazırda dünyanın
müxtəlif şəhərlərində öz müəllimlərinin yolunu layiqincə davam
etdirirlər.
Azərbaycan Milli Kulinariyasının fəxri üzvü olan Şahhüseyn Kərimov son illər fəaliyyətini Bakı şəhərində davam etdirib.
Mərhum noyabrın 4-də Lənkəran şəhər qəbiristanlığında torpağa tapşırılıb.
|
Просмотров: 264 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|