Понедельник, 06.05.2024, 20:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 23 » Azərbaycanın cənubunda yağan güclü qarla bağlı dəymiş ziyanın nəticələri aradan qaldırılıb
13:33
Azərbaycanın cənubunda yağan güclü qarla bağlı dəymiş ziyanın nəticələri aradan qaldırılıb


Azərbaycanın dağlıq Yardımlı və Lerik rayonlarında yanvarın 19-da axşamdan güclü qarın yağması nəticəsində dəymiş ziyanın nəticələri aradan qaldırılıb. APA-nın cənub bürosunun məlumatına görə, qarın hündürlüyü Yardımlıda 70 – 80 sm, Lerikdə isə 80-90 sm təşkil edib
ki, bu da hər iki rayona gələn yüksək gərginlikli Lənkəran-Hamarat və Masallı-Telavar elektrik xətlərinin qəza vəziyyətinə düşməsinə, onlarla elektrik dirəyinin aşmasına və naqillərin qırılmasına səbəb olub. Nəticədə isə Yardımlı və Lerik rayonlarına elektrik enerjisinin verilişində problemlər yaranıb. Qəza briqadaları işə cəlb edildikdən sonra dünən axşam saatlarına kimi hər iki rayona elektrik enerjisinin verilişi bərpa olunub.
Просмотров: 232 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031