Воскресенье, 05.05.2024, 15:04
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 6 » Azərbaycanın cənubunda körpünün üzərində zəncirvari yol qəzası baş verib, nəqliyyatın hərəkəti 2 saatadək iflic olub
09:59
Azərbaycanın cənubunda körpünün üzərində zəncirvari yol qəzası baş verib, nəqliyyatın hərəkəti 2 saatadək iflic olub


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının 204-cü kilometrliyində, rayonun Velədi kəndi ərazisindən keçən körpünün üzərində qeydə alınıb.

 

İran İslam Respublikasının vətəndaşı, 53 yaşlı Mirmuhəmməd Nadirinin idarə etdiyi "MAN” markalı ağır tonnajlı yük maşını Ələt istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Lənkəran rayonunun Osaküçə kənd sakini, 25 yaşlı Elnur Adıyevin idarə etdiyi "VAZ-2109” markalı avtomobillə toqquşub.

 

"MAN”-ın arxasınca hərəkətdə olan Lənkəran şəhər sakini, 27 yaşlı Fərid Hüseynovun idarə etdiyi "Hyundai Santa Fe” markalı avtomobil isə yük maşınına çırpılıb. Zərbənin gücündən "Hyundai Santa Fe”  yoldan çıxaraq sol tərəfdəki dərəyə aşıb.

 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan "VAZ-2109” markalı avtomobilin sərnişini, 24 yaşlı Sadiq Tağıyev xəstəxanaya yerləşdirilib. Magistral yolda isə avtomobillərin hərəkəti 2 saata yaxın iflic olub.

 

Hadisə yerinə gələn yol polisi əməkdaşlarının həyata keçirdikləri müvafiq profilaktik tədbirlərdən sonra zədələnmiş avtomaşınlar yoldan götürülüb, nəqliyyatın intensiv hərəkəti bərpa olunub.

 

İlkin versiya kimi zəncirvari qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

 

Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728