Суббота, 27.04.2024, 10:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 9 » Azərbaycanın cənub rayonlarında yağmurlu və şaxtalı hava şəraiti davam edir
19:45
Azərbaycanın cənub rayonlarında yağmurlu və şaxtalı hava şəraiti davam edir

Azərbaycanın cənub rayonlarında yağmurlu və şaxtalı hava şəraiti hökm sürməkdədir. APA-nın cənub bürosunun məlumatına görə, Masallı-Telavar-Lerik yüksək gərginlikli elektrik xətti üzərindəki 35 kilovoltluq Şingədulan elektrik stansiyası qəza vəziyyətinə düşdüyündən dünəndən etibarən Lerik rayonunun 42, Yardımlı rayonunun isə 18 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.


Hazırda hər iki rayonda qəza briqadaları yaranmış problemin aradan qaldırılması üçün səfərbər olunub. Yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik və Masallı-Yardımlı şosesində nəqliyyatın hərəkətində çətinliklər yaranmasına baxmayaraq, hər iki yol gediş-gəliş üçün açıqdır. Yardımlı və Lerik rayonlarının aşağı ərazilərində qarın hündürlüyü 35-40, ucqar ərazilərdə isə 80-90 sm təşkil edir. Bu səbəbdən ucqar yaşayış məntəqələrinə nəqliyyatın hərəkətini məhdudlaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, hazırda bölgənin aran rayonlarında 5, dağlıq rayonlarında isə 13 dərəcə şaxta müşahidə edilir. Gecə saatlarında şaxtanın daha da güclənəcəyi, yolların buz bağlayacağı gözlənilir.
Просмотров: 259 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829