Суббота, 27.04.2024, 03:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 22 » Azərbaycanda tanınmış mebel fabrikinə məxsus anbarda güclü yanğın baş verib
08:56
Azərbaycanda tanınmış mebel fabrikinə məxsus anbarda güclü yanğın baş verib

Masallı. Ağəddin Babayev – APA. Ötən gecə saat 23.00 radələrində Masallıda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə  şəhərin ərazisində yerləşən məşhur “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda qeydə alınıb.  Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib. Lakin yanğın şiddətləndiyindən və əhatə dairəsi getdikcə genişləndiyindən qonşu Lənkəran, Cəlilabad, Biləsuvar rayonlarından, həmçinin Göytəpə şəhərindən  hadisə yerinə əlavə olaraq yanğınsöndürən briqadalar cəlb edilib. Lakin yanğınla 10 saatdan mübarizəyə baxmayaraq, onu hələ də lokallaşdırmaq mümkün olmayıb. Yanğının böyük bir ərazini əhatə etdiyi və müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir.

Просмотров: 258 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728