Суббота, 04.05.2024, 09:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 4 » Azərbaycanda qar yağacaq
15:08
Azərbaycanda qar yağacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 
verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 5-də bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Просмотров: 230 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031