Воскресенье, 28.04.2024, 17:45
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 11 » Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
13:39
Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İran İslam Respublikası istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, əməliyyat dekabrın 6-da DSX əməkdaşları tərəfindən Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində keçirilib.

Həyata keçirilən qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Просмотров: 217 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031