Понедельник, 29.04.2024, 04:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июнь » 15 » Azərbaycan və Fransa arxeoloqları Lerikdə arxeoloji tədqiqatlara başlayacaq
14:23
Azərbaycan və Fransa arxeoloqları Lerikdə arxeoloji tədqiqatlara başlayacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Fransanın Rennes Universiteti və Sen Jermen muzeyi arasında imzalanmış anlaşmaya uyğun olaraq iyunun 21-dən iyulun 21-dək azərbaycanlı və fransız mütəxəssislərdən ibarət ekspedisiya Lerik rayonunda arxeoloji tədqiqatlara başlayacaqlar. Bu barədə APA-ya Azərbaycan tərəfdən ekspedisiya rəhbəri Səfər Aşurov bildirib.  

Onun sözlərinə görə, XIX əsrin sonlarında Morqan qardaşları Azərbaycanın Lənkəran və Lerik bölgələrində tədqiqatlar zamanı əldə olunan çoxsaylı arxeoloji materialları Fransaya aparıblar. Hazırda həmin materiallar Sen-Jermen muzeyində saxlanılır. Bu materialların az bir qismi tədqiqatlara cəlb olunsa da, onların böyük bir qismi elmi ictimaiyyətə məlum deyil. Materialların bir qismi isə yad mədəniyyətlər və yanlış adlarla nümayiş olunur. Hazırda yaradılmış birgə ekspedisiyanın məqsədi Morqan qardaşlarının Azərbaycanla bağlı irsini araşdırmaq, yanlışları aradan qaldırmaq və müasir texnologiyalardan istifadə edərək bölgənin arxeoloji abidələrinin tarixi xronologiyasını hazırlamaqdır.
 
Просмотров: 313 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930