Воскресенье, 05.05.2024, 21:28
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 14 » Azərbaycan əsgəri hərbçi yoldaşını güllələyib
17:42
Azərbaycan əsgəri hərbçi yoldaşını güllələyib


Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub.


APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri Xəyal Qələmdar oğlu Kərimov postu dəyişən zaman silahı doldurandan sonra ehtiyatsızlıqdan əlində silah açılıb.
Nəticədə avtomatdan açılan güllə onun hərbçi yoldaşı, əsgər Həbib Bayram oğlu Şahbazova dəyib. H. Şahbazov aldığı güllə xəsarəti ilə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya aşıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə zamanı yaralanan H. Şahbazov Yardımlı, X. Kərimov isə Ağdam Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.
Просмотров: 273 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930