Вторник, 07.05.2024, 14:46
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 1 » Azərbaycan sərhədçiləri sərhədi pozmuş İran vətəndaşını yaralayaraq ələ keçiriblər
11:55
Azərbaycan sərhədçiləri sərhədi pozmuş İran vətəndaşını yaralayaraq ələ keçiriblər
 
Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşı saxlanılıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Hadisə iyulun 30-da saat 23.35 radələrində Yardımlı rayonunun Abbaslı kənd ərazisindəki zastavanın xidməti sahəsində qeydə alınıb.  

Sərhədi pozmuş İran vətəndaşı 1976-cı il təvəllüdlü Fətəlipur Arif İsmayıl oğlu sərhəd naryadı tərəfindən verilən «Dayan» komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq edib və sərhəd pozucusunu yaralayıb. Sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralı Masallı rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Hazırda vəziyyəti sabitdir.

Şəxsin üzərinə və əl çantasına baxış zamanı fars dilində ədəbiyyat və yazılı bloknot, 1 ədəd nömrəsiz «Nokia» markalı mobil telefon, Azərbaycan və İran milli valyutaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
 
Просмотров: 193 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031