Понедельник, 29.04.2024, 01:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 31 » Azərbaycan prezidenti Cəlilabadda yenidən qurulan Gənclər Parkı və Bayraq Meydanı ilə tanış olub
16:43
Azərbaycan prezidenti Cəlilabadda yenidən qurulan Gənclər Parkı və Bayraq Meydanı ilə tanış olub


Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olub. APA-nın xəbərinə görə, dövlətimizin başçısına məlumat verilib ki, ölkənin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür.   Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırıb.
Qeyd olunub ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunub. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulub. 
Sonra dövlət başçısı Bayraq Meydanı ilə tanış olub. Diqqətə çatdırılıb ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
 
Просмотров: 266 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031