Суббота, 27.04.2024, 14:55
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 15 » Azərbaycan-İran sərhədində yük maşınlarının keçidində yaranmış problem aradan qaldırılıb
20:13
Azərbaycan-İran sərhədində yük maşınlarının keçidində yaranmış problem aradan qaldırılıb


Azərbaycan-İran sərhədində ağır tonnajlı yük maşınlarının keçməsində maneələr yaranıb.


"APA-ECONOMICS”-in məlumatına görə, hazırda Astara şəhərindəki terminalda 60-a yaxın yük maşını, İran Astarası ərazisində də bir o qədər sayda maşın sərhədi keçmək üçün növbə gözləyir.


Sürücülərin sözlərinə görə, İran gömrükçüləri maşınların yükgötürmə qabiliyyətinin standartlara uyğun olmadığını bəhanə gətirərək, onların sərhədi keçmələrinə icazə vermirlər. Sürücülər bu tələblərin nə üçünsə Rusiyaya məxsus yük maşınlarına şamil edilmədiyini bildirirlər. Onların sözlərinə görə, Rusiyadan İran tərəfinə və ya əks istiqamətə gedən maşınlara qarşı heç bir tələb irəli sürülmədiyi halda, Azərbaycan maşınlarının hərəkətinə problem yaradılır.

Astara yük terminalının rəisi Rafael Abdullayev isə "APA-ECONOMICS”-ə bildirib ki, tərəflər arasında aparılan danışıqlardan sonra yaranmış problem artıq aradan qaldırılıb.
Просмотров: 261 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829