Суббота, 27.04.2024, 09:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 17 » Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkətində yaranmış maneələr aradan qaldırılıb
17:35
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkətində yaranmış maneələr aradan qaldırılıb


Azərbaycan və İran arasında aparılan danışıqlardan sonra yük avtomobillərinin qarşılıqlı hərəkətində yaranmış maneələr aradan qaldırılıb. Bu barədə APA-nın cənub bürosuna Astara Yük Terminalından məlumat verilib.

Xatırladaq ki, ağır tonnajlı yük avtomobillərinin sərhədi keçməsində problemlər yaranmışdı. Azərbaycanlı sürücülərin sözlərinə görə, İran gömrükxanasında iddia edirlər ki, İran maşınlarının hərəkətinə Azərbaycan tərəfindən süni maneələr tətbiq edildiyindən onlar da Azərbaycandan gələn avtomobillərlə bağlı eyni tədbirləri həyata keçirirlər. Amma bu tədbirlər, o cümlədən maşınların yükgötürmə qabiliyyətinin standartlara uyğun olmaması kimi bəhanələr Rusiyaya məxsus avtomaşınlardan yan keçib.

Hazırda hər iki tərəfdə ümumilikdə 200-dən çox yük maşınının dayandığı, lakin növbənin tədricən seyrəldiyi bildirilir.
Просмотров: 292 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829