Понедельник, 29.04.2024, 05:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июнь » 15 » Azərbaycan Dövlət Komissiyası: Ermənistanda əsirlikdə olan kiçik çavuş Məmmədbağır Axundzadə üçüncü ölkəyə verilib
14:20
Azərbaycan Dövlət Komissiyası: Ermənistanda əsirlikdə olan kiçik çavuş Məmmədbağır Axundzadə üçüncü ölkəyə verilib


Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun kiçik çavuşu Məmmədbağır Axundzadə üçüncü ölkəyə təhvil verilib.


APA-nın məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər yayıb.   

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin SadıqovAPA-ya faktı təsdiqləyib, əlavə edib ki, bununla bağlı Azərbaycan tərəfinə rəsmi məlumat verilib: "O əsir düşmüşdü, öz ölkəsindən imtina etdi, başqa ölkəni seçdi”. 

Əsirin atası Talıb Axundzadə isə APA-ya bu barədə məlumatsız olduğunu deyib: "Oğlumun sonuncu məktubunu bir neçə gün əvvəl gətiriblər. Amma biz hələ də o məktubu ala bilməmişik”. 

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.
 
Просмотров: 241 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930