Понедельник, 29.04.2024, 04:39
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 6 » Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran şəhər komitəsinə yeni sədr seçilib
19:40
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran şəhər komitəsinə yeni sədr seçilib


Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXHİ) Lənkəran şəhər komitəsinin 2006-2012-ci illər üçün hesabat-seçki konfransı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, komitəyə daxil olan ilk həmkarlar təşkilatlarının sədrlərinin, Şəhər İcra Hakimiyyəti rəsmilərinin və rayonda fəaliyyət göstərən ictimai təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə DİİXHİ Lənkəran şəhər komitəsinin sədri Zivər Mustafayevanın komitənin ötən fəaliyyət dövrü ərzində gördüyü işlərlə bağlı hesabat məruzəsi dinlənilib.

Konfrans komitənin ilk təşkilat sədrlərinin çıxışları ilə davam edib. Daha sonra DİİXHİ Lənkəran şəhər komitəsinin idarə heyəti, plenum və komitə, təftiş komissiyası üzvləri, habelə Azərbaycan DİİXİHİ-nın V qurultayına nümayəndələr seçilib.

Konfransda komitənin yeni idarə heyətinin ilk iclasında idarə heyətinin üzvü Rza Baldadaş oğlu Rzayev açıq seçki yolu ilə komitənin yeni sədri seçilib.

Konfransı Azərbaycan DİİXİHİ-nin sədr müavini Əbülfəz Mehdiyev yekunlaşdırıb.

Просмотров: 225 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031