Понедельник, 06.05.2024, 03:06
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 21 » AXCP Cəlilabad RT sədrinin atası 13,5 il müddətinə azadlıqdan məhrum edilib
18:06
AXCP Cəlilabad RT sədrinin atası 13,5 il müddətinə azadlıqdan məhrum edilib


Lənkəran. Ağəddin Babayev-APA. Sentyabrın 21-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Cəlilabad rayon sakini, 1934-cü il təvəllüdlü Məhərrəm Buxan oğlu Mirələmovun məhkəmə prosesi başa çatıb.   APA-nın Cənub bürosunun məlumatına görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən M. Mirələmov 13,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Məhərrəm Mirələmov AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlinin atasıdır. T. Mirələmlinin qətl törətməkdə təqsirli bilinən 16 yaşlı oğlu Vasif də bu ilin fevralında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Просмотров: 230 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930