Суббота, 27.04.2024, 10:08
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 15 » AXCP Cəlilabad rayon təşkilatının sədrinin 16 yaşlı oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib
16:31
AXCP Cəlilabad rayon təşkilatının sədrinin 16 yaşlı oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Vasif Təzəxan oğlu Mirələmovun məhkəməsi başa çatıb.


APA-nın cənub bürosunun məlumatına görə, Xamməd Nuriyevin sədrliyi ilə keçən prosesdə V. Mirələmov 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Cəlilabad rayonunun Şatırlı kəndində anadan olmuş, şəhərin 7 saylı orta məktəbinin VIII sinfində oxuyan Vasif Təzəxan oğlu Mirələmov ötən il aprelin 5-i saat 11.30 radələrində şəxsi münaqişə zəminində həmin məktəbin X sinif şagirdi, 1995-ci il təvəllüdlü Cavanşir Həsən oğlu Həsənliyə bıçaqla ağır bədən xəsarəti yetirib. Qaraciyərindən yaralanan C. Həsənli Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib. Hadisəni törətmiş V. Mirələmov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunmaqla barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Vasif Mirələmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin, Cavanşir Həsənli isə rayon polis şöbəsinin keçmiş əməkdaşı Həsən Həsənlinin oğludur.
Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829