Понедельник, 06.05.2024, 14:31
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 8 » Astarada yoldan çıxan avtomobil qaz kəmərini zədələyib
07:40
Astarada yoldan çıxan avtomobil qaz kəmərini zədələyib


Azərbaycanın Astara rayonunda yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşı İlqar Rəhimzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə yanvarın 7-də saat 20.45 radələrində Ələt-Astara magistralının 220,1-ci kilometrliyində - rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Astara şəhər sakini, 1984-cü il təvəllüdlü Elvin Nüsrət oğlu Şəmsiyevin idarə etdiyi "Mersedes” markalı, 10 XB 603 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək magistral yolun kənarındakı qaz kəmərinə çırpılıb. Nəticədə avtomobil və eləcə də qaz kəməri zədələnib. Hadisə yerinə çağırılan qəza briqadası baş verə biləcək yanğının qarşısını dərhal almağa müvəffəq olub. Sürücünün sözlərinə görə, qəfildən yola heyvan çıxdığından o, avtomobili qaçırmağa məcbur olub.
Faktla bağlı araşdırma aparılır.

Просмотров: 247 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Tutgootsetema  
0
спасибо за интересный блог

Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031