Воскресенье, 05.05.2024, 23:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 11 » Astarada yol qəzasında iki nəfər ölüb
22:39
Astarada yol qəzasında iki nəfər ölüb


Astara. Ağəddin Babayev –APA. Azərbaycanın Astara rayonunda 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəza hadisəsi baş verib.
 Astara Rayon Dövlət Yol Polisi Bölməsinn əməkdaşı İlqar Rəhimzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə sentyabrın11-də Ələt-Astara magistralının 219-cu kilometrliyində rayonun Pensər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.   Lənkəran rayonu istiqamətində hərəkətdə olan Astara rayonunun Siyakü kənd sakini, 22 yaşlı Rəşad Dadaşovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Lerik rayon sakini, 45 yaşlı Faiq Həmidovun idarə etdiyi "Hyundai” markalı avtomaşınla toqquşub. Güclü zərbənin təsirindən "VAZ-2106” –nın sürücüsü və avtomaşında olan sərnişin, Astaranın Siyakü kənd sakini, 18 yaşlı Elvin Salayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişiblər. 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 
Просмотров: 275 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930