Понедельник, 29.04.2024, 00:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 28 » Astarada yerli sahibkarların problemləri müzakirə olunub
11:28
Astarada yerli sahibkarların problemləri müzakirə olunub



Astara. Ağəddin Babayev – APA. Astara Rayon İcra Hakimiyyəti (RİH) aparatında rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri və sahibkarlarların problemlərinə həsr olunmuş tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev ölkədə sosial-iqtisadi inkişaf sahəsində əldə edilən yüksək nailiyyətlər barədə danışaraq, Astarada da geniş abadlıq və quruculuq işlərinin aparıldığını, əkinçilik və heyvandarlığın inkişafına mühüm diqqət yetirildiyini bildirməklə yanaşı, rayondakı torpaqlardan daha səmərəli istifadə olunmasının  vacibliyini də xüsusi qeyd edib.

Fermerlərdən Hacıbala Fərziyev, Ədhəm Quliyev, Rafiq Əsədullayev, Tarif Hüseynov, Xaliddin Hüseynov, Rafiq Cəfərov və başqaları rayonda fəaliyyət göstərən "Aqroservis” filialına yerli şəraitə uyğun kənd təsərrüfatı texnikasının gətirilməsi, istehsal olunan məhsullar üçün dövlət tərəfindən tədarük məntəqələrinin yaradılması, kollektiv təsərrüfat formaları yaratmaqla istifadəsiz torpaqların becərilməsi, aqrolizinq yolu ilə mineral gübrələrin verilməsi və Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlərin alınmasına köməklik göstərilməsi barədə təkliflərlə çıxış ediblər.

RİH-nin başçısı söylənən təkliflərlə əlaqədar "Aqrolizinq” ASC-nin Astara "Aqroservis” filialının rəhbərliyinə və digər aidiyyəti şəxslərə konkret tapşırıqlar verərək, aqroservis xidmətlərinin qiymətləri və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi şərtləri barədə yerli qəzetdə materialların dərc olunmasını tapşırıb.

Просмотров: 291 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031