Вторник, 07.05.2024, 04:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 26 » Astarada yazıçı-publisist Fatma Həsənqızının yubileyi qeyd olunub
20:09
Astarada yazıçı-publisist Fatma Həsənqızının yubileyi qeyd olunub


Astara. Ağəddin Babayev – APA. Astarada Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Fatma Həsənqızının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.   APA-nın Cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən tədbirdə poliqrafçı alim Şəddat Cəfərov, şairə, əməkdar incəsənət xadimi Kəmalə Ağayeva, "Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, fəlsəfə elmləri doktoru Əlihəsən Həmzəyev, professor Şahrza Əliyev və digərləri çıxış edərək, yubilyar barədə ürək sözlərini dilə gətiriblər. Bütün çıxışlarda Fatma Həsənqızının şair, yazıçı-publisist kimi çoxşaxəli yaradıcılığından, uşaqlar üçün qələmə aldığı pyeslərdən, alleqorik şeirlərindən, eləcə də respublikamızın tanınmış şəxsiyyətlərinin həyat və yaradıcılığından bəhs edən publisistik əsərlərindən ətraflı söhbət açılıb.

Tədbirdə həmçinin Astara RİH-nin başçısı Qəzənfər Ağayevin yubilyara ünvanlanmış təbrik məktubu oxunub və ona Fəxri Fərman təqdim olunub.
 
Просмотров: 307 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031