Суббота, 04.05.2024, 23:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 12 » Astarada yaşayış evində yanğın olub
20:40
Astarada yaşayış evində yanğın olub



Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 11-də saat 19.00  radələrində rayonun Səncərədi kənd sakini, 1937-ci il təvəllüdlü Mötəbər Nəhmət qızı Novruzovaya məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Olay yerinə dərhal FHN-in Astara Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və iki yanğınsöndürən maşını səfərbər olunub. Onların səyi ilə yanğın tamamilə lokallaşdırılmaqla əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində  xəsarət alan olmasa da, ümumi sahəsi 180 kv. m olan birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tüstü bacasının ətrafı 4 kv. m sahədə yanıb. Faktla bağlı araşdırma aparılır.

Просмотров: 232 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031