Среда, 01.05.2024, 10:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 6 » Astarada yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb
18:29
Astarada yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb

Astarada güclü partlayış hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 6-da rayonun Məscidməhəllə kənd sakini,  43 yaşlı Elçin Qəribəli oğlu Əzimova məxsus fərdi yaşayış evində qeydə alınıb.  Ümumi sahəsi 180 kv.m olan  ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində baş verən partlayış zamanı yanğın baş verməsə də, evin 1-ci mərtəbəsində olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb. Həmçinin ev sahibinin həyatı yoldaşı, 43 yaşlı Şahzadə Xanqulu qızı Əzimova müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından Bakı şəhər 5 saylı klinik xəstəxanasına yola salınıb.

 

İlkin versiya kimi partlayışın mənzildəki məişət qazının sızması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Просмотров: 293 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031