Понедельник, 06.05.2024, 14:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 18 » Astarada vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib
22:11
Astarada vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib


Astara. Ağəddin Babayev - APA. Bu gün Astara şəhərində ölkənin sayca 37-ci olan vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, 6 saylı Ərazi Vergilər İdarəsinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən açılış mərasimində vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək, sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən bu cür xidmət mərkəzlərinin əhəmiyyətindən danışıb.  

Bildirilib ki, pulsuz fəaliyyət göstərən xidmət mərkəzində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxmaq, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə etmək imkanına malik olacaqlar.

Tədbirdə həmçinin cari ilin sonunadək daha 3 belə mərkəzin istifadəyə verilməsinin nəzərdə tutulduğu da diqqətə çatdırılıb.
 
Просмотров: 247 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031