Вторник, 07.05.2024, 23:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 10 » Astarada “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib
14:40
Astarada “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib


"Təmiz hava aylığı” çərçivəsində bu gün Astara şəhərinin Heydər Əliyev prospektində növbəti reyd keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsi ilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbir zamanı 70-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Havaya buraxılan dəm qazının normadan artıq olduğu üçün  onlardan 30-u barəsində qanuna müvafiq qaydada inzibati protokol tərtib edilib. Sürücülər isə bu vəziyyəti yanacağın keyfiyyətinin aşağı olması ilə əlaqələndiriblər.

Reyd zamanı sürücülük hüquqi olmadan nəqliyyat vasitəsini idarə edən üç sürücü saxlanılmaqla onların avtomaşınları cərimə meydançasına aparılıb.  Texniki baxışdan keçməyən daha üç sürücü barəsində isə cərimə protokolu tərtib olunub.

          Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi İlqar Rəhimzadə rayon ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etməkdən ötrü bu cür reydlərin vaxtaşırı keçiriləcəyini bildirib.

Просмотров: 228 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031