Четверг, 25.04.2024, 04:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 24 » Astarada şəhid əsgərin medalı ailəsinə təqdim olunub
20:43
Astarada şəhid əsgərin medalı ailəsinə təqdim olunub

Milli Ordunun şəhid əsgəri Rüstəm Əzizovun  Azərbaycan prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin  doğulduğu Astara rayonunun Pəlikeş kəndində  medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik  Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Rüstəm Əzizovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.

Daha sonra  şəhidin layiq görüldüyü medal onun valideynlərinə  təqdim olunub.

Qeyd edək ki, 2014-cü il noyabrın 20-də saat 12.45 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəhbənin Ağdam bölgəsindəki N saylı hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rüstəm İzzət oğlu Əzizov döyüş postunda olarkən düşmən gülləsindən şəhid olub.

 

Просмотров: 228 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031