Суббота, 27.04.2024, 17:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 29 » Astarada ər arvadını öldürüb
13:43
Astarada ər arvadını öldürüb

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü İsmayıl Mikayıl oğlu Əkbərov şəxsi münaqişə zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aytən İlham qızı Nurullayevanın başına küt alətlə zərbələr endirib, daha sonra ürək nahiyəsinə bıçaqla zərbələr vurub. Qadın hadisə yeridnə dünyasını dəyişib. 

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisəni törətmiş İ.Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. 

A.Nurullayevanın meyiti isə  müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası şöbəsinə aparılıb.

İlkin versiya kimi qətl hadisəsinin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Просмотров: 281 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031